Tikinti işləri

Tikinti işləri

0-dan bütün növ təmir-tikinti işlərini yüksək peşəkarlıqla və münasib qiymətə həyata keçiririk. İstənilən üslubda tikinti işlərinin, binaların, fərdi mənzillərin, ictimai iaşə və ticarət obyektlərinin, stansiyasıların (SES, KSES) təmir-tikintisini həyata keçiririk. Şirkətimiz peşəkar ustalardan ibarət operativ və keyfiyyətli iş bacarığına malikdir.

Öz işimizi etibarlı tikinti xidmətləri təklif edən bir şirkət kimi təsdiqləməyimizin əsas səbəbi, istehsal prosesində ən yaxşı materialları seçmək və ən innovativ texnologiyalardan istifadə etməyimizdir.

Monolit binaların tikintisi 

Bina və müxtəlif tikililərin inşası yüngül metal konstruksiyalara əsaslanan tikililərlə yanaşı, monolit tikililərin inşasını da əhatə edir. Həm rekonstruksiya, həm də təmir-tikinti işləri zamanı monolit tikililərin daha yüksək səmərəliliyi nəzərə çarpır.

Sənaye binalarının tikintisi

Şirkətimiz mürəkkəb bir tikinti metodu olan sənaye binalarının inşası prosesini daim inkişaf etdirməkdədir. Bu gün müştərilərimizə prefabrik modul binalar, yığma konstruksiya və quruluşlar, anbar və modulların inşası kimi tam xidmətlər təklif edə bilərik.

Ofis binalarının tikintisi

Ofis binalarının inşası getdikcə daha populyarlaşır. Bu səbəbdən, bu tip quruluşlu binaların inşası prefabrik strukturların sayına aiddir. Ofis binalarının inşası müasir texnologiyaların (təbəqə şəklində montaj, sendviç panellər vasitəsilə montaj, modul tikinti) tətbiqi sayəsində həyata keçirilir. Müvafiq xidmətlərə tikintinin layihələndirilməsi, binaların inşası, qarşıya qoyulmuş tapşırıqların icra səviyyəsinin yoxlanılması və interyerlə bağlı kompleks işlər daxildir.

Yaşayış binalarının tikintisi

Yaşayış binalarının tikintisi zamanı qanunun tələblərinə ciddi riayət olunması vacibdir. Müştərilərimizə yaşayış binalarının kompleks tikintisi, müvafiq sənədlərin tərtib olunması və hər hansı bir obyektin istismara verilməsi zamanı dəstək göstərilməsi ilə bağlı xidmətlər təklif edirik. Qazandığımız təcrübə həm tək bir ailə, həm də tam təminatlı, çoxmənzilli yaşayış binalarını keyfiyyətli və qısa zamanda inşa etməyə imkan verir. 

Ən vacib məqsədimiz müştəri məmnuniyyətidir!

Bu səbəbdən layihələrin hər birində onların istəklərinə və tələblərinə diqqət yetiririk. Tikinti sahəsində peşəkar kadrlarımızın yüksək səviyyədə təcrübəsi və səmərəlilikləri, hər bir layihədə müvafiq təcrübəni və məsuliyyəti təmin edir.

Şirkətimiz tərəfindən görülən bütün işlərlə (tikinti-quraşdırma işləri, daxili və xarici mühəndis sistemlərinin quraşdırılması, tamamlama işləri) bağlı zəmanət öhdəlikləri təmin olunur. İş prosesində müvafiq keyfiyyət sertifikatları ilə təsdiqlənən müasir avadanlıqlardan istifadə edilir.