
Dam örtükləri
Dam dedikdə – tikililərin xarici təsirlərdən qorunması məqsədilə istifadə edilən, binanın quruluş sisteminin özəl elementlərindən olan, binanın həm zahiri görünüş, həm də keyfiyyətini səciyyələndirən örtük başa düşülür.
Bu baxımdan sifarişçilər də, binanı layihələndirən memarlar da dam örtüklərinin seçilməsi və quraşdırılmasına xüsusi önəm verir. Təbii ki, damın quraşdırılması, tikintisi mərhələsində bir çox problemlərlə qarşılaşılır. Bu sahədə mütəxəssis olmayan birinin müasir dövr mövcud çoxsaylı təkliflər arasında düzgün seçim etməsi qəlizləşir.
Mütəxəssislər dam örtüyünün sadalanan bütün lazımı elementlərini vahid komplekt şəklində eyni bir istehsalçıdan alınmasını məsləhət görürlər.
Layihələndirilmə işi müvafiq icazələri olan layihə büroları və şəxsi arxitektorlar tərəfindən aparılmalıdır. Mütləq olaraq evin hazırlanmış yekun layihə planı içərisində dam örtüyünün də konstruksiyası bütün detalları ilə göstərilməlidir. Həmçinin quraşdırılma işi də mütəxəssislərə-professionallara etibar edilməlidir.
Bizim təklif etdiyimiz dam örtükləri müasir, fərqli və mürəkkəb konfiqurasiyaya malikdirlər. Müştərilərin maraq və istəklərini nəzərə alaraq, yüksək keyfiyyətli, müasir avadanlıq və peşəkar heyətlə son dəbə uyğun işlər təqdim edirik.
Dam örtükləri xidmətimizlə, evinizin və ya iş yerinizin təhlükəsizliyini qoruyun və estetik görünüşünü artırın. Doğru dam örtüyü ilə təhlükəsizlik və estetika birləşir!
İstifadə etdiyimiz dam örtükləri etibarlılığına görə seçilən damlardandır. Təhlükəsizlik və funksionallıq baxımından müvafiq materialların seçilməsi və doğru quraşdırılmasına xüsusi diqqət edirik. Dam örtükləri sifarişi və quraşdırılması üçün bizimlə əlaqə saxlayın.